Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynaya çağırış edib.
Manset.az Report.az-a istinadən xəbər verir ki, Türkiyə lideri hökumətin iclasından sonrakı çıxışında deyib ki, ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoymaq istiqamətindəki səylərini dəstəkləyir.
“Bütün tərəflərin etimadını qazanmış yeganə ölkə kimi müzakirələrə töhfə verməyə hazırıq. Müzakirələrə ev sahibliyi etmək bizi sevindirər. Son təmaslarla yeni fürsət pəncərəsinin açıldığını görürük. Ümid edirəm ki, bu dəfə ələ keçirilən fürsət boşa çıxmaz”, - Ərdoğan deyib.
O, həmçinin qeyd edib ki, tərəflər 2022-ci ilin mart ayında sülhə çox yaxın idilər və amma bəzi güclərin müdaxiləsi səbəbindən bu, alınmayıb.