Məşhur aktrisa vəfat etdi - FOTO

00:30 - 13 May 2025

Məşhur aktrisa vəfat etdi - FOTO

Rusiyanın əməkdar artisti, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, aktrisa Nina Qrebeşkova 94 yaşında vəfat edib.


Manset.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının teleqram səhifəsində bildirilib.

 “2025-ci il mayın 10-da 95 yaşında bir çox nəsillərin sevimli aktrisası, Rusiyanın əməkdar artisti Nina Pavlovna Qrebeşkova (1930-2025) vəfat edib”, - məlumatda deyilir.

Qeyd edək ki, “Qafqaz əsiri, yaxud Şurikin yeni macəraları”, “12 stul”, “Ola bilməz”, “Sportloto-82” və digər filmlərdəki rolları ona şöhrət qazandırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv