Bu halda sülh əldə oluna bilər - Vitkoff  açıqladı

10:31 - 13 May 2025

Bu halda sülh əldə oluna bilər - Vitkoff  açıqladı

Ukraynadakı münaqişənin həlli üçün Rusiya prezidenti Vladimir Putinlə dialoq aparmaq lazımdır. Onun imzası olmadan sülh müqaviləsi bağlamaq mümkün deyil.


Manset.az-ın məlumatına görə, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.

"Mən hər iki tərəflə danışmışam. Hamı ilə danışmasanız, vasitəçilik edə və həll üzərində işləyə bilməzsiniz".

O, Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermakla, Zelenski ilə və müdafiə naziri Rustem Umerovla danışdığını bildirib.

"Müsbət müzakirələrimiz və yaxşı münasibətlərimiz oldu. İngiltərə, Fransa, Almaniya, İtaliyadan bu işdə iştirak edən bütün milli təhlükəsizlik müşavirləri ilə danışdım. Mən prezident Putinlə danışdım. Prezident Putinin imzası olmadan razılaşma mümkün deyil. O, Rusiya Federasiyasının lideridir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv