"Sülh üçün səylər gücləndirilməlidir" - Ərdoğan

23:47 - 13 May 2025

\"Sülh üçün səylər gücləndirilməlidir\" - Ərdoğan

Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün səylər gücləndirilməlidir.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefon danışığında deyib.

O, bildirib ki, Türkiyə tərəflər arasında müharibənin ədalətli və davamlı sülhlə nəticələnməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür dəstəyi verməyə hazırdır.

Ərdoğan həmçinin söyləyib ki, yaranan fürsət dəyərləndirilməlidir.

Liderlər eyni zamanda ikitərəfli, regional və qlobal məsələləri müzakirə ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv