E3 kimi tanınan İranla nüvə sazişinin Avropa tərəfləri, İngiltərə, Fransa və Almaniyanın mayın 16-da İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində nüvə məsələsi ilə bağlı görüşəcəyi bildirilib.
Manset.az xəbər verir ki, bu barədə "İrannuances" xəbər saytı məlumatına yayıb.
Məəlumata görə, İranla 2015-ci ildə imzalanmış və E3 kimi tanınan nüvə sazişinin avropalı tərəfləri İranın nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı məsləhətləşmələr aparmaq üçün mayın 16-da İstanbulda görüşəcəklər.
Bildirilib ki, görüşdə nazir müavinləri və yüksək səviyyəli diplomatlar iştirak edəcək.
İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə aparılan nüvə danışıqları prosesi davam edərkən, tərəflər danışıqların müsbət olduğunu açıqlayıb. Danışıqlarda İran ABŞ-nin birtərəfli sanksiyalarının ləğvi müqabilində nüvə proqramını məhdudlaşdırmağa hazır olduğunu bildirib. Avropa ölkələri danışıqlara daxil edilmir.
E3 və İran arasında mayın 2-də Romada görüşü planlaşdırılıb, lakin ABŞ və İran arasında danışıqlar təxirə salındıqdan sonra ləğv edilib.