İsrailin Qəzza zolağının şimalında Cəbəliyə qaçqın düşərgəsi və Cəbəliə əl-Balad bölgəsinə endirdiyi zərbələr nəticəsində azı 36 nəfər ölüb, onlarla insan yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb.
Məlumata görə, ötən gecə İsrail ordusunun Fələstin anklavını atəşə tutması nəticəsində ümumilikdə 42 nəfər həlak olub.
İsrail ordusu çərşənbə axşamı Qəzzanın şimal-qərb hissəsinin sakinlərini anklavın inzibati mərkəzindəki təhlükəsiz ərazilərə təcili təxliyə etməyə çağırıb.
İsrail ordusu mülki əhalinin didərgin düşməsi və yaranan narahatçılığa görə Fələstinin radikal HƏMAS hərəkatını tam məsuliyyət daşıyır.