"Dünyanın ən kasıb prezidenti" vəfat etdi

14:30 - 14 May 2025

\"Dünyanın ən kasıb prezidenti\" vəfat etdi

"Dünyanın ən kasıb prezidenti" kimi tanınan Xose Muxika 89 yaşında Montevideoda vəfat edib.


Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Uruqvayın cari prezidenti Yamandu Orsi, sosial media üzərindən verdiyi açıqlamada Muxikanın "Pepe" ləqəbi ilə tanındığını və paytaxt Montevideoda dünyasını dəyişdiyini bildirilib.

Muxika, son illərini Montevideonun kənd yerlərindəki təvazökar fermasında keçirirdi. O, 2009-cu ildə Uruqvay prezidentliyinə seçilib və 2010-2015-ci illər arasında ölkənin prezidenti vəzifəsini icra edib. Onun təvazökar həyat tərzi, sadəliyi və ictimai fəaliyyətləri bütün dünyada böyük hörmət qazanıb, onu beynəlxalq miqyasda məşhur edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv