Britaniyada “qadın” və “ana” sözlərindən imtina olundu

22:23 - 03 Dekabr 2021

Britaniyada “qadın” və “ana” sözlərindən imtina olundu

Böyük Britaniyada Ginekologiya üzrə Kral Kolleci "qadın” və "ana” sözlərindən istifadə etməməyi qərara alıb.

Manşet.az xəbər verir ki, bu barədə "The Telegraph” məlumat yayıb.

Kollecin yeni təlimatlarında qeyd olunan sözlər "insanlar” kəliməsilə əvəzlənib.

"Xəstəxanada doğuşdan sonrakı dövrdə olan insanların əlinin altında tibb bacısını çağırmaq üçün xüsusi düymə və körpə üçün beşik olmalıdır”, -deyə təlimatın mətnində qeyd edilib.

Müvafiq dəyişiklik sosial şəbəkə istifadəçilərinin tənqidinə tuş gəlib.

İctimai qınaq nəticəsində kollecin icraçı direktoru Qill Uolton "qadınların analıq bələdçisindən kənarlaşdırıldığı üçün” üzr istəyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az