Daha bir ölkədə “Omicron”a ilk yoluxma qeydə alındı

22:53 - 03 Dekabr 2021

Daha bir ölkədə “Omicron”a ilk yoluxma qeydə alındı

Meksikada koronavirusun “Omicron” ştamına ilk yoluxma qeydə alınıb.

Manşet.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Meksikanın səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel deyib.

Onun sözlərinə görə, virus Cənubi Afrika Respublikasından (CAR) gələn vətəndaşda aşkarlanıb.

51 yaşlı şəxs özəl xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu deyilir. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az