Yəməndəki husilər mayın 6-da İsrailin hücumundan sonra dayandırılan Səna Beynəlxalq Hava Limanında uçuşların bərpa olunduğunu elan ediblər.
Manset.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Husilərin nəzarətində olan Səna Beynəlxalq Hava Limanının direktoru Xalid əl-Şaif X platformasında açıqlama verib.
Verdiyi açıqlamada, İsrailin hədəf aldığı hava limanının təmir edildiyini, səhər saatlarında əraziyə enən Birləşmiş Millətlər Təşkilatının (BMT) təyyarəsinin ilk olaraq qarşılandığını qeyd edib.
Şaif deyib ki, hava limanı uçuşlara hazır olduqdan sonra BMT təyyarələrinin gün ərzində ərazidə 10 eniş və eniş etməsi planlaşdırılır.