Sabah Türkiyənin İstanbul şəhərində müxtəlif formatlarda bir silsilə görüşlər keçiriləcək.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.
Onun sözlərinə görə, İstanbulda ABŞ-Ukrayna-Türkiyə və Rusiya-Ukrayna-Türkiyə 3 tərəfli görüşlər olacaq.
Sözçü ABŞ, Rusiya, Ukrayna və Türkiyənin 4 tərəfli formatında görüşün olub-olmayacağı ilə bağlı dəqiq məlumat olmadığını deyib.