Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

16:53 - 16 May 2025

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen yeni sanksiyalarla Rusiyaya təzyiqləri artıracaqlarını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Albaniyada keçiriləcək Avropa Siyasi Birliyinin Zirvə Toplantısı ərəfəsində çıxış edib.

Fon der Leyen bildirib ki, Avropa Siyasi Birliyi Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra yaradılıb və bu təşəbbüsün əsas məqsədi Avropa qitəsində sabitliyi təmin etməkdir.

O, çıxışında Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə Ukrayna ilə birbaşa görüş keçirmək təklifi verdiyini, Ukrayna Prezidenti Volodimir Zelenskinin isə bu təklifə müsbət cavab verdiyini xatırladıb. Lakin fon der Leyenin sözlərinə görə, Putin görüşdə iştirak etməyib.

“Bu, prezident Putinin sülh istəmədiyini açıq şəkildə göstərir,” – deyə Ursula fon der Leyen vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv