Ukraynaya 26-cı yardım paketi - Danimarkadan dəstək

23:56 - 16 May 2025

Ukraynaya 26-cı yardım paketi - Danimarkadan dəstək

Ukrayna Prezidenti Volodimir Zelenski Albaniyanın paytaxtı Tiranada Danimarkanın Baş naziri Mette Frederiksenlə görüşüb.


Manset.az xəbər verir ki, Zelenski görüşün nəticələri barədə teleqramda yazıb.

“Danimarkanın Baş naziri Mette Frederiksenlə yaxşı görüş keçirdik. Hərbi dəstəyin davam etdirilməsi və Ukraynanın müdafiə-sənaye kompleksinə birbaşa investisiyalar barədə danışdıq. Danimarka ölkəmizə dəstək göstərən ölkələrdən biridir və Ukrayna üçün artıq 26-cı hərbi yardım paketini hazırlayır”, - Zelenski bildirib.

Onun sözlərinə görə, tərəflər İstanbulda keçirilən danışıqları, ABŞ və Avropa tərəfdaşları ilə diplomatik səylərin koordinasiyasını da müzakirə ediblər.

“Bu ilin iyulunda Danimarka Aİ Şurasına sədrliyi üzərinə götürəcək. Biz Avropa inteqrasiyasında dəstəyə ümid bəsləyirik və bu məsələni görüş zamanı müzakirə etdik”, - Ukrayna lideri əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv