Nigeriyanın şimal-qərbindəki Kebbi əyalətində silahlı hücum nəticəsində 15 fermer həlak olub.
Manset.az yerli mediaya istinadən xəbər verir ki, ştatın Danko Vasaqu bölgəsindəki tarlalara gedən fermerlər Lakurava silahlı qruplaşmasının hücumuna məruz qalıb.
Hücum nəticəsində 15 fermer həyatını itirib, 3-ü yaralanıb.
Kebbi əyaləti qubernatorunun müavini Ömər Tafidə hücum yerinə baş çəkərək həyatını itirənlərin ailələri ilə görüşüb.
Nigeriya uzun müddətdir müxtəlif bölgələrdə silahlı dəstələrin, eləcə də terror təşkilatları Boko Haram və ISWAP-ın hücumları ilə üzləşib.
Lakurava yanvar ayında ölkə hökuməti tərəfindən terror qruplaşması elan edilib.