Prezident seçkilərində Nikuşor Dan qalib gəldi

10:40 - 19 May 2025

Prezident seçkilərində Nikuşor Dan qalib gəldi

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda müstəqil namizəd və Buxarest meri Nikuşor Dan qalib gəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, keçirilən seçkilərin birinci turunda heç bir namizəd səslərin 50 faizindən çoxunu toplaya bilmədiyindən, ikinci tur dünən müstəqil namizəd və mərkəzçi partiyaların dəstəyini alan Buxarest meri Nikuşor Dan ilə ifrat sağçı Rumınların Birlik Alyansının (AUR) namizədi George Simion arasında keçirilib.

Rumıniya Mərkəzi Seçki Bürosunun (MSB) açıqladığı ilkin nəticələrə görə, Dan 54,3 faiz, rəqibi Simion isə 45,7 faiz səs toplayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv