Nigeriyanın Kvara əyalətində baş vermiş qayıq qəzası nəticəsində azı 37 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qajibo bölgəsində bazardan qayıdan sərnişinləri daşıyan qayıq çayda batıb. Qəza zamanı qayıqda təxminən 150 nəfər olub.
Səlahiyyətli orqanlar bildiriblər ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Onlarla insanın itkin düşdüyü ehtimal olunur.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.