Hindistan polisi, sosial mediada məşhur olan və dünyanı gəzərək xatirələrini paylaşan YouTuber Jyoti Malhotranı Pakistan üçün casusluqda ittiham edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, gənc qadının, apreldə Hindistanın nəzarətində olan Kəşmirdə baş verən terror hücumu ilə əlaqəsinin olub-olmadığı araşdırılır.
Malhotra, Hindistanın şimalında yaşayan və internet fenomeninə çevrilmiş bir şəxsdir. YouTube-da 386 min abunəçisi olan Malhotranın, İndoneziya, Tailand, Dubay, Çin və Pakistan kimi ölkələrə səyahət etdiyi məlumdur. Onun videoları, hər dəfə 100 mindən çox baxış alır və əsas işi müxtəlif yerlərə səyahət edərək məzmun istehsal etməkdir.
Polis, Malhotranı keçən ay Pakistanın Hindistanı tərk edən rəsmisi ilə əlaqə saxladığı iddiası ilə həbs edib. Onun, həmçinin Pakistan kəşfiyyat rəsmiləri ilə əlaqə saxladığı da ittiham edilir. Eyni zamanda, Malhotranın xarici ölkələrə səfərlərini necə maliyyələşdirdiyi barədə heç bir məlumatın olmadığı qeyd olunur.
Bundan əlavə, Hindistan polisi, Malhotranın aprel ayında Kəşmirdə baş verən terror hücumu ilə əlaqəsini də araşdırır.