Avropa İttifaqı (Aİ) Suriyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların ləğv olunması barədə qərar qəbul edib.
Manset.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib:
“Bu gün Suriyaya qarşı iqtisadi sanksiyalarımızı ləğv etmək qərarına gəldik. Suriya xalqının yeni, hərtərəfli və sülhsevər bir ölkə qurmasına dəstək vermək istəyirik. Aİ son 14 ildə Suriyalıların yanında olub və bu dəstəyi davam etdirəcək.”
Suriya Xarici İşlər Naziri Əsəd Şeybani isə məsələ ilə bağlı açıqlamasında deyib:
“Suriya xalqı, Aİ-nin sanksiyaları ləğv etməsi ilə daha bir tarixi nailiyyətə imza atdı. Bu qərarın qəbulunda əməyi olan bütün Aİ ölkələrinə və töhfə verən hər kəsə təşəkkürümüzü bildiririk. Bu addım Suriyada təhlükəsizlik, sabitlik və rifahın artmasına xidmət edəcək. Suriya xalqı və mədəniyyəti parlaq gələcəyə layiqdir.”