Okeaniya ölkəsi Papua Yeni Qvineyanın şimal sahillərində rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Anqoram şəhərindən təxminən 81 kilometr şimal-şərqdə yerin 10 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.
Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.