Bu gün Kerem-Şalom keçidindən Qəzza zolağına un, uşaq qidası, tibbi avadanlıq və dərmanlar daxil olmaqla humanitar yardım daşıyan 93 BMT yük maşını daxil olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda İsrailin ərazilərdəki fəaliyyətinin koordinatoru bildirib.
O qeyd edib ki, bütün yardımlar Müdafiə Nazirliyinin Quru Tranzit Müdirliyi tərəfindən hərtərəfli təhlükəsizlik yoxlanışından sonra təhvil verilib.