Dünya futbolunun əfsanəsi Dieqo Maradona 2020-ci ildə vəfat edib. Lakin türkiyəli məşhur müğənni Yıldız Tilbe Maradonanın ölümündən bu gün xəbər tutduğunu bildirib.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə tez-tez gündəmə gələn sənətçi bu dəfə də paylaşımı ilə izləyiciləri təəccübləndirib.
Tilbe şəxsi sosial media hesabında yazıb:
“Maradona ölüb, illər keçib. Bunu bu gün öyrəndim, çox təəccübləndim.”
Yıldız Tilbenin bu açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.