Kömür mədənində partlayış - Ölən və yaralananlar var

14:44 - 21 May 2025

Kömür mədənində partlayış - Ölən və yaralananlar var

Əfqanıstanın şimalında yerləşən Samanqan əyalətində kömür mədənində baş verən partlayış nəticəsində 7 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.


Manset.az xəbər verir ki, bu barədə Kabildə yerləşən “Ariana TV” telekanalı məlumat yayıb.

Bildirilir ki, partlayış Samanqan əyalətinin Dar-e-Suf Payin bölgəsindəki kömür mədənində qeydə alınıb.

Məlumata görə, hadisə zamanı 7 şaxtaçı ölüb, yaralanan 2 nəfər isə xəstəxanaya çatdırılıb.

Samanqan Polis İdarəsinin sözçüsü Haşmetullah Rəhmani jurnalistlərə bildirib ki, partlayışa mədəndə toplanmış metan qazı səbəb olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv