Egey dənizində zəlzələ olub.
Manset.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, bu gün yerli vaxtla saat 06:19-da Egey dənizində 6 bal gücündə yeraltı təkanlar baş verib.
Zəlzələnin ocağı 17,7 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlara ən yaxın yaşayış məntəqəsi isə Muğla vilayətinin Datça mahalı olub – bölgə episentrə 166 kilometr məsafədə yerləşir.
Hadisə nəticəsində dağıntı və ya tələfatla bağlı hələlik rəsmi məlumat verilməyib.