Məşhur müğənni xəstəxanaya yerləşdirildi: Ürəyinə 2 stent taxıldı - FOTO

15:14 - 22 May 2025

Məşhur müğənni xəstəxanaya yerləşdirildi: Ürəyinə 2 stent taxıldı - FOTO

Türkiyənin məşhur sənətçisi Nazan Öncel xəstəxanaya yerləşdirilib.


Manset.az xəbər verir ki, sənətçi təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Müğənninin ürəyinə stent taxıldığı bildirilir.

Uzun müddətdir səhhətində problemlər yaşayan Nazan Öncel bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Konsert fəaliyyətini davam etdirən ifaçı anjioqramma olunduğunu və ürəyinə iki stent taxıldığını açıqlayıb.

Öncel paylaşımında belə yazıb:

"Hər şey ürək döyüntüsü ilə başladı. Anjioqrammadan sonra işıq topu kimi işıqlı iki stent taxdıq; deyək ki, yaxşıyıq, yaxşı olaq. Belə çıxır ki, orqanizmi bir az da sevincə alışdırmaq lazımdır. Zəng edən, soruşan, səmimi qəlbdən xoş arzularını çatdıran hər kəsə təşəkkür edirəm. Hər zaman var olun."

Qeyd edək ki, müğənninin hazırda vəziyyətinin sabit olduğu bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv