Daha bir təyyarə qəzası: Ölənlər var - FOTO

00:30 - 23 May 2025

Daha bir təyyarə qəzası: Ölənlər var - FOTO

ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərində “Cessna” təyyarəsinin yaşayış məntəqəsinə çırpılması nəticəsində bir neçə nəfərin həlak olduğu bildirilir. 

 

Manset.az xəbər verir ki, bu barədə “ABC News” telekanalının yerli bölməsi məlumat yayıb.

Məlumatlara əsasən, ölənlərin hamısı təyyarənin göyərtəsində olanlardır. Hələlik dəqiq neçə nəfərin öldüyü barədə məlumat yoxdur.

“BBC News” təyyarədə pilot da daxil olmaqla 8-10 nəfərin ola biləcəyini xəbər verib. İlkin məlumatlara görə, dağılmış 15 evin sakinlərindən heç biri ciddi xəsarət almayıb. 100-ə yaxın insan təxliyə edilib. Ərazidəki yanğınlardan biri istisna olmaqla, hamısı söndürülüb.

Agentliyin məlumatına görə, təyyarə yaxınlıqda yerləşən Montqomeri Fild hava limanına uçurdu.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv