Odessaya raket hücumu: Ölən və yaralananlar var

00:30 - 25 May 2025

Odessaya raket hücumu: Ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələri Odessa limanına növbəti dəfə raket zərbələri endirib.


Manset.az Milli.Az-a istinadən xəbər verir ki, hücum zamanı iki nəfər həyatını itirib, daha səkkiz nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlardan dörd nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Zərbələrin "İsgəndər-M" tipli ballistik raketlərlə həyata keçirildiyi bildirilir. Hadisə yerində hüquq-mühafizə orqanları və müvafiq strukturlar tərəfindən araşdırma aparılır.

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə Kiyev vilayətinin Brovarı rayonu da hədəfə alınıb. Kamikadze tipli PUA-ların törətdiyi partlayış nəticəsində iki nəfər - 54 yaşlı bir kişi və 50 yaşlı bir qadın yaralanıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv