Qonşu ölkə sərhəddə təhlükəsizlik divarı tikir

17:38 - 25 May 2025

Qonşu ölkə sərhəddə təhlükəsizlik divarı tikir

İran Əfqanıstan və Pakistanın da daxil olduğu ölkənin şərq sərhədində 400 kilometrlik təhlükəsizlik divarı tikiləcək.


Manset.az xəbər verir ki, bu barədə İran Quru Qoşunlarının komandanı, briqada generalı Kiyomərs Heydəri bildirib.

Onun sözlərinə görə, buna səbəb rejim əleyhdarı ünsürlərin ölkəyə nüfuz etməməsi üçün görülən tədbirlərdir:

"İndiyədək 103 kilometr divar çəkmişik və 140 kilometr divar üçün infrastrukturu hazırlamışıq. İlin sonuna qədər sərhədlərin bağlanması işlərini 400 kilometrə çatdıracağıq".

İran rəsmisi qeyd edib ki, divar smart sensorlar və yüksək texnologiyalı monitorinq sistemləri ilə təchiz olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv