Fransada balta ilə öldürülən 17 yaşlı Həsən Horoz Türkiyənin Kahramanmaraş vilayətinin Nurhak rayonunda torpağa tapşırılıb.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, gəncin dəfn mərasimində duyğulu anlar yaşanıb.
Mayın 20-də Fransanın Kreil şəhərində baş verən hadisədə Həsən, məktəbdə mübahisə etdiyi üç nəfərin hücumuna məruz qalıb. Boğazından aldığı balta zərbəsi ilə yerindəcə keçinib. Cinayətdə şübhəli bilinən, ikisi qardaş olan üç nəfər saxlanılıb və həbs edilib.
Fransadakı prosedurların tamamlanmasından sonra Həsənin nəşi ailəsinə təhvil verilərək Türkiyəyə göndərilib.