5 xizəkçinin meyiti tapıldı

13:25 - 26 May 2025

5 xizəkçinin meyiti tapıldı

İsveçrənin Valais kantonunda, Zermatt bölgəsinə yaxın Rimpfischhorn dağında beş xizəkçinin meyiti aşkarlanıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə 4000 metr yüksəklikdə, tərk edilmiş xizəklərin müşahidə edilməsindən sonra axtarış-xilasetmə qruplarının əraziyə göndərilməsi ilə üzə çıxıb. Axtarışlar həm havadan, həm də qurudan aparılıb.

Səlahiyyətli orqanların yaydığı açıqlamada bildirilir ki, xizəkçilərin meyitləri İtaliya sərhədi yaxınlığında, Adlerqletşer buzlağı ətrafında tapılıb.

Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb. Həlak olan şəxslərin kimliyi hələlik müəyyən edilməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az