Türkiyəli sənətçi İlhan Şeşen vəfat edib
Manset.az Haber Global-a istinadən xəbər verir ki, bir müddətdir xərçəng xəstəliyindən müalicə alan 76 yaşlı sənətçi bu gün dünyasını dəyişib.
İlhan Şeşənin rəsmi sosial media hesabında yayımlanan açıqlamada bildirilib:
"Sevimli həyat yoldaşımız, əziz atamız, can babamız İlhan Şeşəni itirməyin dərin kədərini yaşayırıq. Bütün sevənlərinə başsağlığı veririk. Həyat yoldaşı Arzu, oğlu Fuat, qızı Melis və nəvəsi Nəfəs."
Qeyd edək ki, İlhan Şeşen Türkiyə musiqisində özünəməxsus dəsti-xətti ilə seçilən sənətçilərdən biri olub.