Bu ölkədə məktəblər bağlandı

15:56 - 26 May 2025

Bu ölkədə məktəblər bağlandı

Yunanıstanın Mərkəzi Makedoniya bölgəsində Strep-A bakteriyasının sürətlə yayılması nəticəsində 9 məktəb müvəqqəti bağlanıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, ilk yoluxma halları Saloniki şəhərinin Kalamariya rayonundakı bir məktəbdə qeydə alınıb. Epidemiyanın bu ərazidən başladığı ehtimal olunur. Bakteriyanın qısa müddət ərzində geniş yayılması səbəbindən Kalamariyada 3 ibtidai məktəb və 2 uşaq bağçasında dərslər dayandırılıb.

Bundan əlavə, Serres şəhərində də 4 məktəbdə Strep-A infeksiyası aşkarlandığı üçün həmin təhsil ocaqları ehtiyat tədbiri olaraq bağlanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az