Səyahətə gedən 2 nəfər xəzinə tapdı

09:14 - 27 May 2025

Səyahətə gedən 2 nəfər xəzinə tapdı

Çexiyanın Krkonoše dağlarında səyahətə çıxan iki nəfərin təsadüfən rast gəldiyi tapıntı geniş marağa səbəb olub.


Manset.az-ın əldə etdiyi məlumata görə, səyahətçilər dağlıq ərazidə gəzinti zamanı qayalı yamacda ilişib qalmış metal qutu aşkarlayıblar. Alüminiumdan hazırlanmış bu qutunun içindən çıxanlar isə hər kəsi heyrətləndirib – qızıl bilərziklər, siqar qutuları, makiyaj güzgüləri və yüzlərlə müxtəlif ölkələrə aid qədim sikkə.

Tapıntı dərhal Şərqi Bohemiya Muzeyinə təhvil verilib. Hazırda muzey əməkdaşları xəzinənin kimə aid olduğunu və hansı dövrə məxsus olduğunu araşdırırlar.

Muzeyin arxeologiya şöbəsinin müdiri Miroslav Novak bildirib ki, tapılan pulların heç biri Çexiyaya aid deyil. Bu fakt xəzinənin yerli yox, beynəlxalq mənşəli olması ehtimalını artırır.

Ən maraqlı məqamlardan biri isə budur ki, qutudakı ən yeni sikkə 1921-ci ilə aiddir. Mütəxəssislər düşünürlər ki, bu xəzinə II Dünya Müharibəsi ərəfəsində bölgəni tərk edən yəhudi və ya çex ailələri tərəfindən gizlədilə bilər. Eyni zamanda ehtimal olunur ki, əşyalar 1945-ci ildə almanların bölgədən köçü zamanı da gizlədilmiş ola bilər.

Qeyd edək ki, bu tapıntı yaxın günlərdə İngiltərədə aşkarlanan Bizans çömçəsi ilə maraqlı paralellər təşkil edir. Sutton Hoo ərazisində aşkar edilən həmin çömçənin Antakyadan İngiltərəyə gətirildiyi və içində qızıl əşyalarla yanaşı kremasiya izləri də olduğu açıqlanıb.

Mütəxəssislər bildirirlər ki, hər iki kəşf həm tarixi, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv