ABŞ-nin Filadelfiya şəhərində yerləşən Fairmount parkında silahlı insident baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 9 nəfər isə yaralanıb.
Məlumata görə, hadisə yerinə dərhal polis və təcili tibbi yardım qrupları cəlb edilib.
Filadelfiya polis idarəsinin yaydığı açıqlamada bildirilib ki, həyatını itirənlərdən biri qadın, digəri isə kişidir. Yaralananlar arasında 15, 16 və 17 yaşlarında olan üç yeniyetmə də var.
Hazırda insidentin səbəbi məlum deyil və hadisə ilə bağlı heç kim saxlanılmayıb.