“Sport Science” (İdman elmi) verilişinin yaradıcısı və aparıcısı kimi tanınan amerikalı rejissor və televiziya aparıcısı Con Brankusi 54 yaşında vəfat edib.
Manset.az xarici KİV-ə istinadla xəbər verir ki, onun ölümünə səbəb intihar olub.
Məlumata görə, Con Brankusi uzun müddət depressiya ilə mübarizə aparıb. Hadisənin hansı şəraitdə baş verdiyi barədə rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Con Brankusi altı dəfə “Emmi” mükafatına layiq görülüb. O, idman nailiyyətlərini elmi prizmadan təqdim edən “Sport Science” proqramı ilə geniş tamaşaçı auditoriyası qazanıb.