"Qalatasaray" Osimhen üçün təklifini artırdı

09:37 - 23 İyun 2025

\"Qalatasaray\" Osimhen üçün təklifini artırdı

"Qalatasaray" Viktor Osimhenin transferi üçün təklifini yeniləyib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi nigeriyalı hücumçunun qərar verməsi üçün son müddəti də uzadıb.

Məlumata görə, sarı-qırmızılılar bu yay Osimheni heyətinə qatmaqda israrlıdır. Klub, nigeriyalı futbolçuya Səudiyyə Ərəbistanının "Əl Hilal" klubundan sonra ən yüksək maaş təklifi edən ikinci komandadır.

Premyer Liqa klublarından istədiyi səviyyədə təklif almadığı bildirilən Osimhenin hələ də gözləmə mövqeyində olduğu qeyd olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az