"Futbolçularımdakı inam qələbə qazanmağa kömək etdi"

01:35 - 17 Sentyabr 2025

\"Futbolçularımdakı inam qələbə qazanmağa kömək etdi\"

""Qarabağ" futbolçularının özünə inamı qələbə qazanmağa kömək edib".


Manset.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika"ya (Portuqaliya) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdə qazanılan tarixi qələbədən danışıb:

"Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində bu gün məğlub da ola bilərdik. Çünki start fitindən sonra üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyirimzə dəyişmək heç də asan görünmürdü. Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi. "Benfika"ya qalib gəlməyimiz onların zəif olduğu anlamına gəlmir". 

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az