“2023-cü ilin yay aylarında Azərbaycanın Qarabağ bölgəsində o dövrdə hələ qalmaqda olan Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması kimi hallar öz intensivliyinin pik həddinə çatmışdı. Təbii ki, bu vəziyyət bölgədə gərginliyin artmasına səbəb olmuşdu”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O,bildirib ki, Ermənistan davamlı olaraq 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınırdı. “Erməni silahlı birləşmələri Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcə genişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanmasını həyata keçirir və bunun nəticəsində həm hərbçilərimiz, həm də mülki şəxslər arasında itkilər olurdu. Sentyabrın 19-da erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdular. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdılar. Təbii ki, bütün bunların bir sonu olmalı idi. Azərbaycan dövləti bu kimi halların qarşısını almaq iqtidarında olduğunu və bunu həyata keçirmək üçün sahib olduğu legitim hüququndan hər an istifadə edə biləcəyini istər Ermənistanın, istərsə də aidiyyatı olan beynəlxalq təşkilatların diqqətinə dəfələrlə çatdırmışdı. Lakin Ermənistan hətta II Qarabağ Savaşındakı acı məğlubiyyəti fonunda belə Azərbaycanın xəbərdarlıqlarına əhəmiyyət verməməkdə israrlı idi. Məhz buna görə də ölkəmiz qəti cavab tədbirlərinə əl atmaq məcburiyyətində qaldı.”
Millət vəkili daha sonra vurğulayıb ki, Azərbaycan Ordusu Vətən müharibəsində olduğu kimi, suverenliyin bərpası əməliyyatının gedişində də yüksək peşəkarlıq və humanistlik nümayiş etdirmişdir: “ 2023-cü il sentyabr 19-da erməni silahlı qüvvələrinin silahlı təxribatlarının qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə Dövlət suverenliyinin tam bərpası əməliyyatına başlanıldı. Xüsusi qeyd edilməlidir ki, ordumuz tərəfindən əməliyyatın gedişində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılırdı. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Sentyabrın 28-də isə Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Nəticə olaraq Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycanın dövlət suverenliyi bütün ərazimizdə tam təmin olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-i Dövlət Suverenliyi Günü elan edildi.”
“Dövlət suverenliyinin bərpası-qürur mənbəyimizdir!” - Kamaləddin Qafarov
12:28 - 17 Sentyabr 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
19 May 2026 - 17:40
Eldar Əzizovdan sovet binaları ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
19 May 2026 - 19:31
Novxanıda məşhur hotel yanır - FOTO
19 May 2026 - 13:28
Bakı-Tbilisi qatarının bilet qiyməti bu gün AÇIQLANACAQ
19 May 2026 - 23:58
Bakıdan Tbilisiyə bu qatarla gedəcəyik - FOTOLAR
19 May 2026 - 18:12
Kəmaləddin Heydərov Aleksandr Studnev ilə görüşdü - FOTOLAR
19 May 2026 - 22:16
Bakı–Tbilisi–Bakı qatarlarının DAYANACAQLARI VƏ SAATLARI
19 May 2026 - 14:56
Hikmət Hacıyev sərhədlərin açılmasından danışdı - VİDEO
19 May 2026 - 13:34
Pensiyalar bu tarixdə tam ödəniləcək
19 May 2026 - 13:45
Məryəm Nəvaz Şərif izdihamla qarşılandı - VİDEO
19 May 2026 - 16:41
Hava yenidən dəyişir - XƏBƏRDARLIQ
19 May 2026 - 14:03
Gələn həftə 5 gün İŞ OLMAYACAQ
19 May 2026 - 22:00
Bu yolun bir hissəsi təmir olundu - Sürücülərə ŞAD XƏBƏR
Xəbər xətti
- 20 May 2026
- 10:56 ABŞ-da süni intellektə görə milyard dollarlıq layihələr ləğv edildi
- 10:44 Hamlet Musayevin qızı həbsdən azad edildi
- 10:14 Emin Əmrullayev Londonda bir sıra görüşlər keçirdi - FOTOLAR
- 10:08 Lənkəranda yaşayanların NƏZƏRİNƏ
- 09:58 MDU-da 23 ölkədən alimləri bir araya gətirən beynəlxalq konfrans başa çatdı
- 09:42 Neftimiz bu gün neçəyə satılır?
- 09:26 WUF13-ün dördüncü gününə start verilir
- 09:17 Bu gün final matçı keçiriləcək - UEFA Avropa Liqası
- 09:04 Bakının bu yollarında TIXAC var
- 08:30 Stress insanı kor edə bilər? - XƏBƏRDARLIQ
- 08:00 Yorğun oyanırsınız? - Səhərlər bunu edin
- 01:30 İnsan nə vaxt yetkinləşir? - Əsas göstərici
- 00:30 Yenidən Bundesliqaya qayıda bilər
- 19 May 2026
- 23:58 Bakıdan Tbilisiyə bu qatarla gedəcəyik - FOTOLAR
- 23:52 "ABŞ və İran arasında münasibətləri yenidən başlatmaq imkanı var"
- 23:31 "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq"
- 23:12 Türkiyənin 5 vilayətində sellə bağlı XƏBƏRDARLIQ
- 22:54 ""Qarabağ" artıq Avropa futbolunda təsadüfi iştirakçı deyil" - Tahir Gözel
- 22:36 WUF13 dünya mediasının diqqət mərkəzində - FOTOLAR
- 22:16 Bakı–Tbilisi–Bakı qatarlarının DAYANACAQLARI VƏ SAATLARI
- 22:00 Bu yolun bir hissəsi təmir olundu - Sürücülərə ŞAD XƏBƏR
- 21:44 Bu ölkədə virusa görə əl sıxmaq qadağan olundu
- 21:29 “UNESCO-nun yaradıcı şəhərləri və dayanıqlı şəhərsalma” mövzusunda panel sessiyadan FOTOLAR
- 21:11 Yanan hotel bu məşhur iş adamınındır - FOTO
- 20:52 Baş məşqçi hakimdən narazı qaldı
- 20:33 Aliment ödəməkdən yayındığına görə həbs edilənlərin SAYI
- 20:17 ADY-nin WUF13 çərçivəsində birinci infosessiyası baş tutdu - FOTOLAR
- 19:54 Putin Pekindədir
- 19:40 “AzParking” heyəti vətəndaşı belə xilas etdi - VİDEO
- 19:31 Novxanıda məşhur hotel yanır - FOTO
- 19:16 "Onlara daha bir böyük zərbə vurmalıyıq"
- 19:00 Prezidentə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verildi
- 18:51 Azərbaycan və Sudanın diplomatik pasport sahibləri üçün viza tələbi ləğv edilir
- 18:35 Almaniya bu şəxslərin viza müraciətlərini qəbul etməyəcək
- 18:34 Bəzi yerlərdə yağış yağır, külək əsir - Faktiki hava
- 18:29 Dünyanı qorxuya salan yeni virus
- 18:27 Hazırda 15 yolda tıxac var - SİYAHI
- 18:12 Kəmaləddin Heydərov Aleksandr Studnev ilə görüşdü - FOTOLAR
- 18:08 “2040-cı ilə qədər 167 milyon yaşayış evi yararsız hala düşə bilər” - BMT
- 17:55 Sabah bu yollarda diqqətli olun
- 17:52 Münasib mənzil böhranı dərinləşir - BMT hesabat verdi
- 17:40 Eldar Əzizovdan sovet binaları ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
- 17:30 “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda tədbir keçirildi
- 17:01 Qısa, lakin mənalı ömür - Ceyhun Hüseynovun xatirə gecəsi
- 17:00 "Şəhərsalma və davamlı inkişaf Azərbaycanın strateji prioritetidir"
- 16:41 Hava yenidən dəyişir - XƏBƏRDARLIQ
- 16:27 Azərbaycan əhalisinin sayı artıb
- 16:24 İlham Əliyev bu sazişi təsdiqlədi
- 16:06 "Dənizkənarı bulvarının uzunluğu 25 kilometrə çatdırılacaq"
- 15:55 Prezidentdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM
- 15:51 Rəşad Xanlarov Britaniyada müşavir oldu