“2023-cü ilin yay aylarında Azərbaycanın Qarabağ bölgəsində o dövrdə hələ qalmaqda olan Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması kimi hallar öz intensivliyinin pik həddinə çatmışdı. Təbii ki, bu vəziyyət bölgədə gərginliyin artmasına səbəb olmuşdu”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O,bildirib ki, Ermənistan davamlı olaraq 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınırdı. “Erməni silahlı birləşmələri Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcə genişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanmasını həyata keçirir və bunun nəticəsində həm hərbçilərimiz, həm də mülki şəxslər arasında itkilər olurdu. Sentyabrın 19-da erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdular. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdılar. Təbii ki, bütün bunların bir sonu olmalı idi. Azərbaycan dövləti bu kimi halların qarşısını almaq iqtidarında olduğunu və bunu həyata keçirmək üçün sahib olduğu legitim hüququndan hər an istifadə edə biləcəyini istər Ermənistanın, istərsə də aidiyyatı olan beynəlxalq təşkilatların diqqətinə dəfələrlə çatdırmışdı. Lakin Ermənistan hətta II Qarabağ Savaşındakı acı məğlubiyyəti fonunda belə Azərbaycanın xəbərdarlıqlarına əhəmiyyət verməməkdə israrlı idi. Məhz buna görə də ölkəmiz qəti cavab tədbirlərinə əl atmaq məcburiyyətində qaldı.”
Millət vəkili daha sonra vurğulayıb ki, Azərbaycan Ordusu Vətən müharibəsində olduğu kimi, suverenliyin bərpası əməliyyatının gedişində də yüksək peşəkarlıq və humanistlik nümayiş etdirmişdir: “ 2023-cü il sentyabr 19-da erməni silahlı qüvvələrinin silahlı təxribatlarının qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə Dövlət suverenliyinin tam bərpası əməliyyatına başlanıldı. Xüsusi qeyd edilməlidir ki, ordumuz tərəfindən əməliyyatın gedişində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılırdı. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Sentyabrın 28-də isə Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Nəticə olaraq Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycanın dövlət suverenliyi bütün ərazimizdə tam təmin olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-i Dövlət Suverenliyi Günü elan edildi.”
“Dövlət suverenliyinin bərpası-qürur mənbəyimizdir!” - Kamaləddin Qafarov
12:28 - 17 Sentyabr 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
29 Oktyabr 2026 - 22:51
Prezidentin qızı və gəlini sərgidə - FOTOLAR
30 Oktyabr 2026 - 09:38
Yeni Ombudsman namizədləri onlardır
29 Oktyabr 2026 - 18:41
Xalq artisti Zaur Rzayev vəfat etdi
29 Oktyabr 2026 - 21:32
Ceyhun Bayramovdan nəzakətli addım - VİDEO
30 Oktyabr 2026 - 16:20
Prezident onları təltif etdi - ADLAR
29 Oktyabr 2026 - 22:31
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
29 Oktyabr 2026 - 20:53
Fidan Hümbətova qeyri-etik davranışlarına görə cəzalandırıldı
29 Oktyabr 2026 - 21:53
Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ
30 Oktyabr 2026 - 12:16
Türkan qəsəbəsində antisanitar vəziyyət aradan qaldırıldı - FOTOLAR
29 Oktyabr 2026 - 23:54
Mehriban Əliyeva qızı və gəlini ilə - FOTOLAR
30 Oktyabr 2026 - 01:30
Ürəyi "öldürən" qidaların qara siyahısı
30 Oktyabr 2026 - 09:30
Əksər yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Xəbər xətti
- 30 Oktyabr 2026
- 18:35 Mürvət Həsənli "Tərəqqi" medalı ilə təltif edildi
- 18:21 FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirildi
- 18:16 Paşinyan Alen Simonyanı Moskvaya göndərir
- 17:55 Naxçıvan Ticarət və Xidmət Departamentinə yeni rəis təyin edildi
- 17:40 Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiq etdi
- 17:28 Təyyarəsi 20 saatdan çox havada qaldı
- 17:15 ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi – FOTO/VİDEO
- 17:00 Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurdu
- 16:43 Parisdə sabahdan komendant saatı tətbiq olunacaq
- 16:32 “Avropa ilə müharibə istəmirik, lakin vəziyyət nəzarətdən çıxarsa, qalib olmayacaq” - Putin
- 16:30 Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür etdi
- 16:20 Prezident onları təltif etdi - ADLAR
- 16:09 Nərimanovda faizsiz kreditlə təməldən mənzillər satışda!
- 16:00 Egey dənizində zəlzələ oldu
- 15:48 Gömrük orqanlarında əməkdaşların rotasiyası üçün hüquqi əsas yaradılır
- 15:30 Şəhid anası vəfat etdi - FOTO
- 15:15 Maşında telefondan istifadə belə aşkar ediləcək
- 15:03 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı
- 14:50 Ağdamda gəlin keçmiş qayınanasını dişlədi
- 14:40 Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradıldı - FOTOLAR
- 14:30 Əli Əsədov qərar imzaladı
- 14:15 Qarabağ Universitetində tədbir keçirildi - FOTOLAR
- 14:06 İmişli Şəkər Zavodunda bir gün: Şəkər istehsalının pərdəarxası – REPORTAJ
- 14:00 Azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı - FOTOLAR
- 13:55 Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz - FOTO
- 13:50 Zərdabda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var (FOTO)
- 13:45 Bəzi şəxslərə gördüyü işin saatına görə pul ödəniləcək
- 13:40 “Bəzi hallarda bu gecikmə şəxsin hüquqlarına ciddi zərər vura bilər”
- 13:35 Noyabrda hava necə olacaq?
- 13:30 "Cənubi Qafqaz əməkdaşlıq məkanına çevrilib" - Hikmət hacıyev
- 13:25 Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirildi
- 13:20 Astarada Pensərçayda sürüşmə -16 istinad divarı çaya töküldü
- 13:15 Azərbaycanda əlavə iş yerləri yaradılacaq
- 13:10 Niyə görülən işlərə ləkə salırsınız? - Spikerdən Aqil Abbasa etiraz
- 13:05 Abşeron Ticarət Mərkəzində mərkəzləşdirilmiş boya mərkəzinin təqdimatı baş tutdu - FOTOLAR
- 12:56 Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
- 12:50 Kredit götürmək istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar tətbiq olunur
- 12:42 Azərbaycan millisi FIFA U-15 dünya çempionatında sonuncu matçını keçirdi
- 12:32 Sabaha olan HAVA PROQNOZU
- 12:30 Yeni Suraxanı–Hövsan xəttinin bərpası davam etdirilir
- 12:19 Mikayıl Cabbarova müşavir təyin edildi
- 12:16 Türkan qəsəbəsində antisanitar vəziyyət aradan qaldırıldı - FOTOLAR
- 12:09 Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi - FOTOLAR
- 12:00 İmişlidə jurnalistlər üçün maarifləndirici təlim keçirildi - FOTOLAR
- 11:48 Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanıldı
- 11:35 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək
- 11:26 Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı
- 11:19 Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
- 11:11 Mərkəzi Banka yeni səlahiyyət verilir
- 11:10 Yeni Suraxanı-Hövsan xəttində 4 stansiya nəzərdə tutulur
- 11:05 Baş prokuror Abşeronda vətəndaşları qəbul edəcək