İndoneziyada yerləşən Rinjani vulkanında təxminən 600 metr hündürlükdən yıxılan və dörd gün ərzində bölgədə axtarışda olan braziliyalı qadın turistin meyiti tapılıb.
Manset.az xəbər verir ki, bu barədə İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Muhammed Syafii məlumat verib.
Onun sözlərinə görə, 26 yaşlı braziliyalı turist Juliana Marins iyunun 22-də bələdçi və digər beş turistlə birlikdə aşkar edilib.
Marins, Lombok adasında yerləşən və 3730 metr yüksəkliyi olan Rinjani vulkanına dırmaşarkən təxminən 600 metrlik yüksəklikdən yıxılıb. Onun axtarışı dörd gün ərzində intensiv şəkildə davam etdirilib.
Agentlik rəhbəri bildirib ki, Marinsin meyiti termal kameralı pilotsuz uçan aparat vasitəsilə vulkanın kraterinə yaxın ərazidə müəyyən edilib. Onun ölüm vaxtını dəqiq təyin etmək mümkün olmayıb.