Avropa İttifaqı ölkələrində Tesla markalı avtomobillərin satışları may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz azalaraq 8 729 ədədə düşüb.
Manset.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.
Yanvar-may aylarında isə Tesla-nın Aİ-dəki satışları 45,2 faiz azalaraq 50 413 ədəd təşkil edib. Şirkətin bazar payı 2 faizdən 1,1 faizə enib.
Eyni zamanda İsveçrə, Norveç, İslandiya və Böyük Britaniyada da satışlar 37 faizədək azalıb.
Müşahidəçilər satışların azalmasını İlon Maskın siyasi mövqeyi və mübahisəli çıxışları ilə əlaqələndirirlər.