"Human Rights Watch" (HRW) təşkilatı Mozambikin şimalındakı Kabo Delqado bölgəsində azı 120 uşağın Əl-Şəbab terror qruplaşması tərəfindən qaçırıldığını açıqlayıb.
Manset.az xəbər verir ki, bu barədə təşkilatın hesabatında bildirilib.
Məlumata görə, İŞİD terror şəbəkəsinə bağlı olan və bölgədə aktiv fəaliyyət göstərən Əl-Şəbab qruplaşması uşaqları müxtəlif məqsədlərlə – o cümlədən məcburi əmək, uşaq əsgər kimi döyüşlərdə istifadə və ya erkən evlilik üçün zorla aparır.
HRW bəyan edib ki, bəzi uşaqlar qarət edilmiş əşyaların daşınmasında istifadə edilir, digərləri isə silahlı qarşıdurmalarda döyüşçü kimi cəlb olunur.