Yaponiyada istidən 18 nəfər öldü

14:29 - 25 İyun 2025

Yaponiyada istidən 18 nəfər öldü

Yaponiyada 16-22 iyun tarixlərində baş verən güclü istilər nəticəsində 18 nəfər ölüb, 8603 nəfər isə isti vurması ilə xəstəxanaya yerləşdirilib.


Manset.az xəbər verir ki, bu barədə Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.

Ən çox hadisə Tokioda (896), Aiçidə (706) və Saitamada (648) qeydə alınıb. Xəstəxanaya yerləşdirilənlərin 61,8 faizi 65 və daha yuxarı yaşlı şəxslərdir.

İyunun ortalarından etibarən ölkə üzrə 35 dərəcəni keçən istilər müşahidə olunur. Mütəxəssislər iyunun sonuna qədər temperaturun artacağını bildirir və əhalini ehtiyatlı olmağa çağırırlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az