Yunanıstanın Xios (Saqqız) adasında 30 yaşlı gürcü qadın 65 hektar meşə sahəsini yandırıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
Bildirilib ki, Yunanıstanda qulluqçu işləyən qadın iyunun 23-də siqaret kötüyünü meşə ərazisinə atıb və nəticədə yanğın baş verib.
Yerli media gürcü qadının artıq günahını etiraf etdiyini, yanğınsöndürmə işlərinin isə hələ də davam etdiyini bildirir.