Fransız kino ulduzları Marion Kotilyar və Giyom Kane 18 illik münasibətlərinə son qoyduqlarını açıqlayıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, cütlük bu qərarın qarşılıqlı razılaşma ilə verildiyini bildirib.
2003-cü ildə "Love Me If You Dare" filmində tanış olan Kotilyar və Kane illər ərzində bir sıra filmlərdə birlikdə rol alıblar. Onlar "Les Petits Mouchoirs", "Astérix et Obélix: L'Empire du Milieu" və "Rock N'Roll" kimi filmlərdə cütlük obrazlarını canlandırıblar.
Ayrılığa baxmayaraq, ikili yaxın zamanda "Karma" adlı yeni layihədə yenidən bir araya gələcək.