ABŞ-nin Ohayo ştatının Howland şəhəri yaxınlığında Cessna 441 yüngül təyyarəsinin qəzaya uğraması nəticəsində iki ekipaj üzvü olmaqla altı nəfər həlak olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, baş vermiş təyyarə qəzasında sağ qalan yoxdur.
Qeyd olunur ki, təyyarə Montana ştatının Bozeman şəhərinə gedirdi, lakin havaya qalxdıqdan 7 dəqiqə sonra qəzaya uğrayıb.
Qəzanın səbəbi hazırda məlum deyil, Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) hadisəni araşdırır.