ABŞ-nin Kaliforniya ştatında güclü meşə yanğınları yenidən alovlanıb.
Manset.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.
Məlumata görə, alov sürətlə geniş ərazilərə yayılıb və minlərlə sakin evlərini tərk etməyə məcbur olub.
Ştatın bir sıra bölgələrində təxliyə əmrləri qüvvədədir. Sakinlər və ev heyvanları üçün müvəqqəti sığınacaqlar təşkil olunub. Yanğının söndürülməsi məqsədilə havadan da dəstək göstərilir – yanğınsöndürmə təyyarələri gecə boyunca alovla mübarizə aparıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisənin səbəbləri isə hələlik müəyyən olunmayıb.