İran Ədliyyəsinin sözçüsü Əsgər Cahangir İsrailin İrana qarşı hücumları nəticəsində həyatını itirən mülki vətəndaşların sayının 935-ə çatdığını bildirib.
Manset.az İRNA-ya istinadən xəbər verir ki, Cahangir mətbuat konfransında bu barədə sualları cavablandırarkən bildirib. İsrailin 12 günlük hücumları zamanı 935 nəfər ölüb və onların şəxsiyyəti Ədliyyə Tibb İnstitutu tərəfindən təsdiqlənib.
Sözçü əlavə edib ki, ölənlər arasında 38 uşaq və 102 qadın var.
İran rəsmiləri yaralıların sayı ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi iyunun 25-də açıqlamasında ölənlərin sayının 627, yaralıların sayının isə 4870 olduğunu bildirmişdi.