Meksikada qeyri-adi toy mərasimi sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Manset.az Haber.Global-a istinadən xəbər verir ki, Bələdiyyə sədri yerli adət-ənənələrə sadiq qalaraq simvolik şəkildə timsahla evlənib.
Gəlinlik geyinmiş timsah mərasim zamanı fəxri kürsüdə oturub. Toy iştirakçıları ənənəvi musiqi ritmləri altında rəqs ediblər.
Bu qeyri-adi anlar qısa müddət ərzində sosial şəbəkələrdə geniş yayılıb və izləyicilərin diqqətini cəlb edib.