Bu ölkədə üz örtüyü örtmək qadağan edildi

10:52 - 02 İyul 2025

Bu ölkədə üz örtüyü örtmək qadağan edildi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qadınların ictimai yerlərdə üz örtüyü taxmasını qadağan edən qanunu imzalayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qanuna görə, üz örtüyü yalnız xüsusi tibbi ehtiyac və ya ağır hava şəraiti kimi istisnalarda icazə veriləcək.

Hökumət bildirib ki, üz örtükləri şəxsiyyətin müəyyənləşdirilməsini çətinləşdirir və ictimai təhlükəsizliyə təsir göstərir. Tokayev niqabı ölkənin dünyəvi prinsiplərinə və milli dəyərlərinə zidd sayır. Qanun qonşu Özbəkistan, Tacikistan və Qırğızıstanda qəbul edilən oxşar məhdudiyyətlərlə eynidir. Lakin insan haqları təşkilatları bu qərarları tənqid edir, dini azadlıqların məhdudlaşdırılması kimi qiymətləndirirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az