Yaponiyanın Ryukyu adalarında 5,6 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumat yayıb.
Məlumata görə, Yaponiyanın Ryukyu adalarında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ saat 09:26-da, 10 kilometr dərinlikdə baş verib. Hazırda zəlzələ nəticəsində xəsarət və ya dağıntılar barədə məlumat yoxdur.